AMADA "Araz-Naxçıvan"ın futbolçularına seminar keçib
"Araz-Naxçıvan" Akademiyasının U-17 və U-19 komandaları antidopinq maarifləndirmə seminarında iştirak ediblər.
Mediasport.az xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən baş tutan tədbirdə dopinq nəzarəti ilə bağlı əsas mövzular əhatə olunub.
Nümunələrin toplanmasından laboratoriya təhlilinə qədər dopinq nəzarəti prosesinin bütün aspektləri idmançıların diqqətinə çatdırılıb. Həmçinin, futbolçulara 11 antidopinq qayda pozuntusu haqqında ətraflı məlumat verilib.
Eyni zamanda, idmançıların hüquq və öhdəlikləri ilə bağlı önəmli məlumatlar paylaşılıb, dürüst idman mühitini qorumaq üçün məsuliyyət və öhdəlikləri vurğulanıb.