AMADA növbəti antidopinq maarifləndirmə proqramını keçirib

AMADA növbəti antidopinq maarifləndirmə proqramını keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) təmiz idman dəyərlərini təbliğ edən növbəti antidopinq maarifləndirmə proqramını keçirib.

Mediasport.az xəbər verir ki, proqram Bakıda təşkil olunan atletika üzrə 40-cı qış ölkə çempionatının iştirakçıları üçün təşkil olunub.

Respublika Olimpiya Mərkəzində xüsusi stendlə çıxış edən AMADA-nın əməkdaşları müxtəlif interaktiv kuizlər vasitəsilə idmançıların antidopinq biliklərini yoxlayıblar.

Suallara doğru cavab verənlər AMADA-dan dəyərli hədiyyələr qazanıblar.

Ədalətli rəqabət və sağlam idman ruhunu təbliğ edən stend idmançılar tərəfindən rəğbətlə qarşılanıb.

Təmiz idman şüarı altında idmançıları bir araya toplayan AMADA antidopinq maarifləndirmə proqramını mütəmadi olaraq davam etdirir.