Heydər Əliyevin yubileyi şərəfinə beynəlxalq futbol turniri keçirilə bilər

Heydər Əliyevin yubileyi şərəfinə beynəlxalq futbol turniri keçirilə bilər

Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı türk dövlətlərinin futbol komandaları arasında turnir keçirilə bilər.

mediasport.az xəbər verir ki, bu barədə Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbək təklif irəli sürüb.

Klub rəhbəri yarışın avqustun sonlarında keçirilmə ehtimalının olduğunu qeyd edib.