"Araz-Naxçıvan" yenə uduzdu və Çempionlar Liqasında qrupda qaldı

"Araz-Naxçıvan" yenə uduzdu və Çempionlar Liqasında qrupda qaldı

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində “Araz-Naxçıvan” bu gün ikinci oyununu keçirib.

mediasport.az xəbər verir ki, Joze Alesio da Silvanın başçılıq etdiyi komanda Serbiya çempionu “Lozniça Qrad”la qarşılaşıb.

Rəqibinə 1:4 hesbı ilə məğlub olan təmsilçimiz qrupdan çıxmaq şansını itirib. Komandmaız dünən İsveçin "Örebro" klubuna da uduzmuşdu - 2:5.

“Araz-Naxçıvan” turnirdə formal xarakter daşıyacaq son görüşünü oktyabrın 29-da Bosniya və Herseqovinanın “Mostar” komandasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Çempionlar Liqası. Qrup mərhələsi. 2-ci tur

"Lozniça Qrad" (Serbiya) - "Araz-Naxçıvan" 4:1

Qollar: Mladen Kociç, 12:02, 36:59, Nemanja Milosavljeviç, 15:55, Dorde Rosiç, 23:02 // Vitao, 18:27

Hakimlər: Jan Kresta (Çexiya), Josip Dujmiç (Xorvatiya), Viktor Chaix (Fransa)

Taymkiper: Farik Keco (Bosniya və Herseqovina)

Hakim-inspektor: Boqdan Soresku (Rumıniya)

UEFA nümayəndəsi: Viktor Beçeyro (İspaniya)

27 oktyabr. Mostar. Mithad Hujdur Hujka Arena. Saat 19:30