Ardıcıl 15 oyun qələbə qazanan "Zirə" ilk məğlubiyyətini alıb

Ardıcıl 15 oyun qələbə qazanan "Zirə" ilk məğlubiyyətini alıb

Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, mövsümdə keçirdiyi 15 oyunun hamsınında qələbə qazanan "Zirə" gözlənilmədən "Aznur"a məğlub olub - 0:2.

“Birbaşa Bakı” “İnter”ə (4:1), “Odlar Yurdu” “Abşeron”a qalib gəlib (4:1). “Real Bakı” - “Qalaksi” görüşündə qalib müəyyənləşməyib - 1:1.

Mərhələnin cavab görüşləri aprelin 10-da keçiriləcək.