Dünya çempionatı: Millimiz Hindistana 16 cavabsız qol vurdu
Minifutbol üzrə Azərbaycanın U-23 milli komandası dünya çempionatında ikinci oyununu keçirib.
Mediasport.az xəbər verir ki, B qrupunda yer alan Rəcəb Fərəczadənin komandası Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan turnirin ikinci turunda Hindistan yığmasını ilə qarşılaşıb.
Görüş millimizin böyükhesablı qələbəsilə yekunlaşıb - 16:0.
İlk turda Serbiyaya 1:5 hesabı ilə uduzan futbolçularımız qrupun son matçı çərçivəsində sabah Çexiya seçməsi ilə qarşılaşacaqlar.