Asiya Çempionlar Liqasında 1/8 finalın cütlükləri müəyyənləşib
Futbol üzrə Asiya Çempionlar Liqasında 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Tailandın "Buriram Yunayted" klubu bu raunda çıxa bilməyib.
38 yaşlı dünya ulduzu Kriştianu Ronaldunun komandası "Əl-Nəsr" isə ÇL-də çıxışlarını davam etdirəcək.
Raundun ilk oyunları fevralın 12-13-də, cavab qarşılaşmaları 19-20-də keçiriləcək.
Asiya Çempionlar Liqası. 1/8 final mərhələsi
"Yonbuk" (Cənubi Koreya) - "Pohanq Stelers" (Cənubi Koreya)
"Ulsan" (Cənubi Koreya) - "Ventforet Kofu" (Yaponiya)
"Şandonq Tayşan"(Çin) - "Kavasaki Frontale" (Yaponiya)
"Banqkok Yunayted" (Tayland) - "Yokohama Marinos" (Yaponiya)
"Sepahan" (İran) - "Əl-Hilal" (Səudiyyə Ərəbistanı)
"Nasaf" (Özbəkistan) - "Əl-Əyn" (Birləşmiş Ərəb Əmirlikləri)
"Əl-Feyha" (Səudiyyə Ərəbistanı) - "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı)
"Navbahor" (Özbəkistan) - "Əl-İttihad" (Səudiyyə Ərəbistanı)