Avarçəkənimiz Çin universiadasında bürünc medal qazandı - "Çendu-2023"

Avarçəkənimiz Çin universiadasında bürünc medal qazandı - "Çendu-2023"

Azərbaycan avarçəkəni Bəhmən Nəsiri Çinin Çendu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bürünc medal qazanıb.

mediasport.az xəbər verir ki, bir nəfərlik akademik avarçəkmə qayığında 2000 metr məsafədə yarışan idmançı üçüncü yeri tutub.

Təsnifat və yarımfinal mərhələlərini birinci yerdə başa vuraraq A finalında yarışmaq hüququna yiyələnən B.Nəsiri həlledici yürüşdə çempionluğu son anda əldən verib. Qalib fotofinişlə müəyyən edilib.