Naxçıvan Baş Gömrük İdarəsinin rəisi federasiya prezidenti seçildi

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi federasiya prezidenti seçildi

Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının iclası keçirilib.

Mediasport.az xəbər verir ki, iclasın gündəliyində Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.

Toplantıda federasiya sədrinin seçilməsi məsələsinə baxılıb.

Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyevin Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Vüqar Əliyev Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının sədri seçilib.

Daha əvvəl federasiya prezidenti Mənşur Gülməmmədli idi.