Belçika yığmasının kapitanı: "Stadionun ot örtüyünü mütləq qeyd etməliyəm, çox pis idi"

Belçika yığmasının kapitanı: "Stadionun ot örtüyünü mütləq qeyd etməliyəm, çox pis idi"

AÇ-2024-ün seçmə qrup mərhələsinin 5-ci turu çərçivəsində dünən Bakıda Azərbaycan yığmasına qalib gələn Belçika seçməsinin kapitanı Yan Vertongen matçla bağlı Mediasport.az saytına açıqlama verib.

36 yaşlı təcrübəli müdafiəçi oyunun çətin keçdiyini deyib. Vertongen meydançanın ot örtüyünün də pis vəziyyətdə oluğunu bildirib:

“Fikrimcə, çətin matç oldu. Azərbaycan millisi yaxşı futbol oynadı, mübarizə apardı. Həm də komandanızın heyətində keyfiyyətli futbolçular var. Məhz bunun sayəsində qol epizodları da yarada bildilər. Lakin biz vacib olan 3 xalı qazandıq. Buna görə çadıq. Ancaq stadionun örtüyünü mütləq qeyd etməliyəm, çox pis idi. Bu da oyuna öz təsirini göstərirdi".

Qeyd edək ki, görüş "iblislər"in 1:0 hesablı qələbəsilə yekunlaşıb.