Mahir Emreli bu dəfə əsas Bundesliqa klubuna qol vurdu
Azərbaycan millisinin futbolçusu Mahir Emreli formasını geyindiyi Almaniyanın "Nürnberq" komandasının heyətində 3-cü qolunu vurub.
Mediasport.az xəbər verir ki, 27 yaşlı forvard ölkə kubokunun 1/16 final mərhələsinin "Hoffenhaym"la görüşündə fərqlənib.
82 dəqiqə meydanda olan hücumçu ikinci hissədə əsas Bundesliqa təmsilçisinin qapısına yol tapsa da, mərhələni adlayan "Hoffenhaym" olub - 2:1.
Xatırladaq ki, Mahir daha əvvəl 2-ci Bundesliqada ardıcıl iki tur adını tabloya yazdırıb.