Avropa çempionatında Azərbaycanı 15 cüdoçu təmsil edəcək

Avropa çempionatında Azərbaycanı 15 cüdoçu təmsil edəcək

Azərbaycanın gənc oğlanlardan və qızlardan ibarət milli yığma komandalarının 7-10 sentyabr tarixlərində keçiriləcək Avropa çempionatına yollanıb.

Mediasport.az xəbər verir ki, Niderlandın Haaqa şəhərində keçiriləcək yarışda Azərbaycan 11 çəki dərəsində 9 oğlan və 6 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər. 

Xatırladaq ki, gənc oğlanlardan və qızlardan ibarət milli yığma Avropa çempionatına hazırlıq məqsədilə ilin əvvəlindən etibarən 7 beynəlxalq yarışda iştirak edib. Həmçinin, cari il ərzində Xorvatiyada, İspaniyada, Litvada, Fransada, Yaponiyada, Avstriyada, Almaniya, Polşada, Sloveniyada və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

Avropa çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

İdmançılar 7-9 sentyabr tarixlərində çempionatın fərdi yarışlarında, 10 sentyabrda isə komanda yarışlarında iştirak edəcək. 

Qeyd edək ki, yarışda ACF-in “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Çempionata qatılacaq heyəti təqdim edirik:


Qızlar


-48 kq. 

Könül Əliyeva 

Vüsalə Hacıyeva 

-52 kq. 

Aydan Vəliyeva 

-57 kq. 

Fidan Əlizadə 

-78 kq. 

Nərmin Əmirli 

+78 kq. 

Nigar Süleymanova


Oğlanlar


-60 kq. 

Nizami İmranov 

-66 kq. 

Nicat Nağıyev 

Aydın Rzayev 

-73 kq. 

Süleyman Əliyev 

Vüsal Qələndərzadə 

-81 kq. 

Ömər Rəcəbli 

-90 kq. 

Vüqar Talıbov 

İsmayıl Zamanov 

+100 kq. 

Kənan Nəsibov