Cüdo üzrə millimiz Valensiyada təlim-məşq toplanışında iştirak edib - AÇ və DÇ-yə hazırlıq üçün
Cüdo üzrə gənclərdən ibarət Azərbaycan milli komandası İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Mediasport.az xəbər verir ki, hazırlıq prosesində Azərbaycanın gənc oğlanlardan və qızlardan ibərət milli yığmasının 18 idmançısı iştirak edib.
Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli və qadınlardan ibarət yığma komandanın məşqçiləri Elnur İsmayılov rəhbərlik edib.
Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.