Çempionlar Liqası: 1/8 finalın daha iki görüşü bu axşam keçiriləcək

Çempionlar Liqası: 1/8 finalın daha iki görüşü bu axşam keçiriləcək

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları bu axşam davam etdiriləcək.

Mediasport.az xəbər verir ki, raund çərçivəsində daha iki görüş baş tutacaq.

İtaliyada reallaşacaq qarşıdurma Azərbaycanda "CBC Sport", Niderlandda keçiriləcək duel "İctimai" tv vasitəsilə canlı yayımlanacaq.

Gecənin cütləri arasında cavab qarşılaşmaları martın 13-də keçiriləcək.

Qeyd edək ki, ötən həftə 1/8 finalın ilk matçlarından 4-ü oynanılıb.

PSJ "Real Sosyedad"ı (2:0), "Latsio" "Bavariya"nı (1:0), "Mançester Siti" səfərdə "Kopenhagen"i (3:1), "Real" isə Almaniyada "Leypsiq"i (1:0) məğlub edib.


UEFA Çempionlar Liqası. 1/8 final. İlk oyunlar


00:00 "İnter" (İtaliya) - "Atletiko" (İspaniya)

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Milan, "Cüzeppe Meatsa" stadion.


00:00 PSV (Niderland) - Borussiya (Dortmund, Almaniya)

Baş hakim: Srcan Yovanoviç (Serbiya)

Eyndhoven, "Filips" stadionu.