Azərbaycanın daha bir cüdoçusu Fransada Avropa çempionu olub
Azərbaycanın daha bir cüodçusu Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Mediasport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev bütün rəqiblərindən güclü olub.
25 yaşlı idmançımız çempionluq görüşündə gürcüstanlı İliya Sulamanidzeni məğlub edib.
Qeyd edək ki, bu, Azərbaycan cüdoçularının Avropa çempionatında qazandıqları ikinci qızıl medaldır.
Dünən 73 kq çəkidə Hidayət Heydərov da fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.