Ayxan Abbasov: "Qapımız qarşısında təhlükəli vəziyət vermədik"
"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 18-ci turunun "Qəbələ" səfəri haqda fikirlərini bölüşüb.
mediasport.az xəbər verir ki, mütəxəssis səfərə xal üçün yollandıqlarını bildirib.
- Həqiqətən də futbolçularımla buraya bu inamla gəlmişdik. Çox sevinirəm ki, bu yorğunçuluqda, sıx qrafikdə 1 xal da olsa, qazana bildik. "Qəbələ"nin son oyunlarda yaxşı formada olduğunu bilirdik, "Qarabağ" kimi komandanı kubokdan kənarlaşdırmağı bacarmışdı. Çətin olacağını bilirdik. Birinci hissədə gümrah idik, epizodlarımız da oldu. İkinci hissədə yorğunluq özünü göstərdi. Mübarizəli oyun oldu. Qapımız qarşısında təhlükəli vəziyət vermədik. Xal ehtiyatımızı artırdıq. Həm kubokda, həm də çempionatdakı nəticələrimiz pis deyil. İstirahət edəcəyik, zədəlilərimiz qayıtsın, çalışacağıq tam heyətlə qış hazırlığını keçək. Ümid edirəm, fasilədən sonra daha yaxşı olar".