Azad Rəhimovun oğlunun vəzifəsindən çıxarıldığı təsdiqləndi
7 ildir Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru olan mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov tutduğu vəzifədən uzaqlaşdırılıb.
mediasport.az xəbər verir ki, "Formula 1" üzrə Azərbaycan Qran Prisinin təşkilatçısı - Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyində dəyişiklik edilib.
Yeni dəyişikliyə əsasən, Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub. M.Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışıb. Avropa Oyunları, İslam Oyunları və Formula 1 Qran-prisində təşkilat komitəsinin tərkibində yer alıb.
2023-cü ildə Azərbaycan Qran prisi 28-30 aprel tarixlərində təşkil olunacaq.