Verstappen üçün ən yaxşı komanda

Verstappen üçün ən yaxşı komanda

“Red Bull” komandasını təmsil edən niderlandlı pilot Maks Verstappen ən yaxşı sürücülərə sahib “Formula 1” komandasının adını açıqlayıb.

Mediasport.az xəbər verir ki, o, “Maklaren”i fərqləndirib və çox yaxşı işlədiklərini söyləyib:

“Maklaren” komanda olaraq ən yaxşı sürücülərə sahibdir. Çox yaxşı işləyirlər. İlin sonuna qədər maraqlı hadisələr baş verəcək. Mən daha çox növbəti ilin əvvəlini düşünürəm. Niyə? Çünki bütün pilotların səviyyələri bəlli olacaq”.

Cari mövsüm “Maklaren”i ingiltərəli Lando Norrislə avstraliyalı Oskar Piastri təmsil edir. Norris “Formula 1” sürücülərinin yer aldığı reytinq siyahısında 136 xalla 7-ci, Piastri isə 83 xalla 9-cu pillədə qərarlaşıb.