Azərbaycan çempionatında yeni mövsümün ilk baş məşqçi istefası
Azərbaycan 1-ci Liqasında mövsümün ilk baş məşqçi istefası qeydə alınıb.
Mediasport.az xəbər verir ki, "Difai" ötən mövsümdən komandanı çalışdıran Elgiz Kərəmli ilə yollarını ayırıb.
Gənc mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Difai" cari mövsümün ilk matçında debütant "Cəbrayıl"a uduzub - 0:1.
Qeyd edək ki, paralel olaraq U-18 millisində məşqçi işləyən Kərəmli Azərbaycan çempionatlarının bombardiri Nazim Əliyevin oğludur.