1-ci Liqaya düşən yeni çempionata hazırlıq planı müəyyənləşib

1-ci Liqaya düşən yeni çempionata hazırlıq planı müəyyənləşib

“Qəbələ”nin 2024-2025-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə başlayacaq.

Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək.

Ardınca komanda təlim-məşq toplanışına start verəcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb.

Bu görüşlərdəki rəqiblər və matçların tarixi barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, I Liqada yeni mövsüm sentyabrın 11-də başlayacaq.