Azərbaycan millisinin iki boksçusu Xorvatiyada Avropa çempionu olub

Azərbaycan millisinin iki boksçusu Xorvatiyada Avropa çempionu olub

Azərbaycanın iki gənc boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa birinciliyində qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, yığmamızın heyətində 54 kq çəki dərəcəsində Ömər Aslanlı və 48 kq-da Bilalhəbəşi Nəzərov finalə da uğurla keçərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, qitə çempionatında 2 dəfə himnimiz səsləndirilib.

Xorvatiyaya 11 boksçu ilə yollanan Azərbaycan Avropa birinciliyini 2 medalla başa vurub.