Ölkə çempionatında komanda yarışlarının qalibləri müəyyənləşib
Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verilib.
Mediasport.az xəbər verir ki, “Şüa” idman kompleksində keçirilən yarışa respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılıblar.
Stolüstü tennisçilər 4 gün davam edəcək çempionatda komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar.
Çempionatın ilk günündə komanda yarışlarının qalibləri müəyyənləşib.
Kişilərin mübarizəsi “Bakı-1” kollektivinin qələbəsi ilə yekunlaşıb. “Bakı-3” ikinci, “Bakı-2” və “Şabran” komandaları üçüncü yeri tutub.
Qadınların yarışında “Sumqayıt-1” qələbə qazanıb. “Bakı-1” ikinci, “Bakı-2” ilə “Sumqayıt-2” üçüncü pillədə qərarlaşıb.
Ölkə çempionatında fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.
Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.