"Qarabağ"la "Birbaşa" liderdir

"Qarabağ"la "Birbaşa" liderdir

Mini futbol üzrə Azərbaycan çempionatında 2-ci turun oyunları keçirilib.

mediasport.az xəbər verir ki, “Zəfər”, “Qarabağ”, “Birbaşa Bakı” və “Odlar Yurdu” komandaları turu qələbə ilə başa vurublar.

2 turdan sonra turnir cədvəlinə ötən mövsümün çempionu “Birbaşa Bakı” başçılıq edir. Liderlə eyni xala malik “Qarabağ” ikinci, “Odlar Yurdu” isə üçüncüdür.

Növbəti turun oyunları dekabrın 10-da keçiriləcək.