"Fikrimiz dünya çempionatını qazanmaqdır" - Elşad Quliyev

"Fikrimiz dünya çempionatını qazanmaqdır" - Elşad Quliyev

Minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Mediasport.az saytına müsahibə verib.

Avropa çempionu olmuş mütəxəssis Birləşmiş Ərəb Əmriliklərində start götürəcək dünya çempionatı haqqında danışıb, mundiala kuboku qazanmaq üçün yollanacaqlarını deyib.

Türkiyədə təlim-məşq toplanışında neçə yoxlama oyunu keçirdiz? Ümumiyyətlə, Antalyada olduğunuz müddətdə komandanızın hazırlıq prosesindən və yoxlama matçlarındakı çıxışlarından razı qaldız?

- Təəssüf ki, bir oyun keçirə bildik. Komanda üzvlərindən razı qaldım.

Mundialdan əvvəl daha 2 yoxlama görüşünə çıxacaqsız. Komandanızın psixoloji hazırlığı necədir?

- Hələlik hər şey qaydasındadır. Düşünürəm ki, ciddi problemimiz olmayacaq.

DÇ-nin G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaqsız. Qrup haqda fikirləriniz maraqlıdır - Azərbaycan minifutbol millisinin yarışdakı əsas hədəfi nədir?

- Bizə tam tanış olmayan komandalardır. Əsas məqsədimiz qrupdan çıxmaqdır.

İlk görüşü oktyabrın 27-də İraqa qarşı keçirəcəksiz. Birinci oyundan gözləntiləriniz nədir? Dünya çempionatına qələbə ilə başlaya biləcəksiz?

- Fikrimiz dünya çempionatını qazanmaqdır. İnşallah, turnirə qələbə ilə başlayarıq.

Rövşən