Gəncə klubu bolqarıstanlı məşqçi ilə 1 illik müqavilə imzaladı
Qadın voleybolçulardan ibarət “Gəncə” klubu yeni məşqçi ilə anlaşıb.
Mediasport.az xəbər verir ki, bolqarıstanlı mütəxəssis Preslav Yordanov qərb təmsilçisində çalışacaq.
O, baş məşqçi Sergey Çasnavitskinin məşqçilər korpusunda yer alacaq.
Köməkçi məşqçi ilə bir mövsümlük müqavilə imzalanıb.