Komandalarımız Tbilisidə keçirilən beynəlxalq yarışlarda iştirak etdilər

Komandalarımız Tbilisidə keçirilən beynəlxalq yarışlarda iştirak etdilər

Çimərlik voleybolçularımız beynəlxalq yarışda iştirak ediblər.

mediasport.az xəbər verir ki, Gürcüstanın Tbilisi şəhərində təşkil olunan Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Kartvela kubokunda iştirak edən Vadim Kutukov və Heydər Məmmədli 1/4 finalda yarışın favoriti hesab olunan Litva komandası ilə qarşılaşıb.

Gərgin keçən oyunda təmsilçilərimiz məğlub olaraq ilk səkkizlikdə yer alıblar. Komandamız bundan əvvəl Ukrayna və Gürcüstan kollektivləri ilə görüşüb və qalib gəlib. 

Qeyd edək ki, ölkəmiz bu yarışda həm də qadınlardan ibarət komandalarımızla təmsil olunub. Fidan Əhmədxanova-Larisa Smeltsova cütü 1/8 finaladək irəliyəyib və bu etapda məğlub olub. Digər komandamız isə ilk mərhələdə mübarizəni dayandırıb.