Azərbaycan çempionatının 10-cu turunun iki görüşü keçirildi
Kişi həndbolçular arasında Azərbaycan çempionatında 10-cu tura start verilib.
Mediasport.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
"AHF Arena" İdman Kompleksində keçirilən görüşlərdə "Dinamo" U-17-ni (44:31), "Bakı" isə “Azəryol”u (36:30) məğlub edib.
Tura sabah "Kür” Olimpiya İdman-Tədris Mərkəzində “Kür” - “Qarabağ” dueli ilə yekun vurulacaq.