Azərbaycan çempionları dünya birinciliyi üçün yarışacaqlar

Azərbaycan çempionları dünya birinciliyi üçün yarışacaqlar

Elektron idman növləri üzrə 17-ci Azərbaycan çempionatının qalibləri Rumıniyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində iştirak edəcəklər.

mediasport.az xəbər verir ki, iyunun 3-də start götürəcək seçmə mərhələdə “Global Offensive” (CS:GO) yarışında təmsilçilərimiz Bolqarıstan, Monteneqro və Serbiya komandaları ilə qarşılaşacaqlar.

İdmançılarımız “DOTA 2” növündə Bolqarıstan və Makedoniya təmsilçilərinə rəqib olublar. “Mobile Legends” yarışının seçmə mərhələsində isə onlar İsrail, Türkiyə və Ukrayna komandaları ilə mübarizə aparacaqlar.

“Pubg Mobile” üzrə yarış “Battle Royal” formatında təşkil olunacaq. Dünya çempionatı avqustun 24-dən sentyabrın 4-dək keçiriləcək.

Azərbaycanın “Efootball” və “Tekken7” komandalarında təmsilçilərimiz Təbriz Mahmudovla Orxan Tağıyev mötəbər yarışda iştiraklarını artıq təmin ediblər.