Astara klubu çempionatda ilk qələbəsini "Neftçi"dən aldı
Azərbaycan Basketbol Liqasında 6-cı turun daha iki oyunu keçirilib.
mediasport.az xəbər verir ki, günün ilk görüşündə iderlərlərdən NTD və "Gəncə" basketbolçuları qarşılaşıblar. Kifayət qədər gərgin keçən oyundan bölgə təmsilçisi qələbə qazanıb - 89:86.
Görüşün ən məhsuldar oyunçuları NTD-dən Londel Kinq (24 xal, 12 ribaund ), "Gəncə"dən Kollin Törner (25 xal, 10 ribaund) olub.
Günün ikinci oyununda Astara təmsilçisi "Zirvə" gözlənilmədən "Neftçi"ni məğlub edərək mövsümdə ilk qələbəsini rəsmiləşdirib - 85:78.
Qarşılaşmanın ən məhsuldar basketbolçuları "Zirvə"dən Raşard Kruikşenk (28 xal, 5 asist ), "Neftçi"dən Rey Maksvel (27 xal, 6 ribaund) olub.
Tura bu gün keçiriləcək "AAAF Xırdalan" - "Olimpik" (Şəki) matçı ilə yekun vurulacaq.