Azərbaycan çempionatında komanda yarışlarının qalibləri müəyyənləşdi
Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatında qarışıq komanda yarışlarının qalibi bəlli olub.
mediasport.az xəbər verir ki, finalda “Atilla İdman Klubu İdman Birliyi 1" komandasına 4:3 hesabı ilə qalib gələn “Neftçi İdman Klubu 1” qızıl medallara sahib çıxıb.
Bürünc medal uğrunda görüşlərdə isə “Kanokan TT” İdman Klubu "Təhsil" RİM 1 nömrəli RİOEUGİM-i 4:0, “Neftçi İdman Klubu 2” isə “Atilla İdman Klubu İdman Birliyi 2”ni 4:1 hesabı ilə məğlub edib.
Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:
1. "Neftçi" İdman Klubu 1
2. "Atilla" İdman Klubu İdman Birliyi 1
3. “Kanokan TT” İdman Klubu
3. "Neftçi" İdman Klubu 2
5. "Təhsil" Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi
5. "Atilla" İdman Klubu İdman Birliyi 2
7. Gömrükçü İdman Sağlamlıq Mərkəzi
7. Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbi
Yarışlarda 8 komandadan 61 idmançı mükafatlar uğrunda mübarizə aparıb. Qadınlar 48 kq, 57 kq və +70 kq çəki dərəcələrində, kişilər isə 73 kq, 90 kq və +90 kq çəkilərdə güclərini sınayıblar.