Azərbaycan Açıq Avropa turnirində 21 cüdoçu ilə təmsil olunacaq
Sabah Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə Açıq Avropa turniri start götürəcək.
Mediasport.az xəbər verir ki, turnirdə 31 ölkədən 264 idmançı iştirak edəcək.
Azərbaycan yarışda 7 çəki dərəsində 21 cüdoçu ilə təmsil olunacaq.
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli yarışda idman komissarı kimi fəaliyyət göstərəcək.
Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mehman Əzizov rəhbərlik edəcək.
-60 kq.
Nurlan Kərimli
Murad Muradlı
Murad Əliyev
Eltun İmranov
Şahin Oruczadə
-66 kq.
İslam Rəhimov
Samir Piriyev
Elşən Əsədov
Rüfət Aydınov
-73 kq.
Nəriman Mirzəyev
Nahid İsmayılov
Elnur Qasilov
Qədir Hüseynov
İsa Əliyev
-81 kq.
Zaməddin Poladov
Nahid Tarquliyev
Məmmədrza Hacızadə
Əli Hacızadə
-90 kq.
Əjdər Bağırov
-100 kq.
Ruslan Nəsirli
+100 kq.
Toğrul Salmanov