Azərbaycan idmançıları Avropa Kubokunu 6 medalla başa vurdular
Cüdo üzrə Azərbaycan yığma komandası Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kubokunu 6 medalla başa vurub.
mediasport.az xəbər verir ki, bunlardan 1-i gümüş, 5-i bürünc əyarlı olub.
73 kq çəki dərəcəsində mübarizə aparan Qadir Hüseynov turnirdə ikinci yeri tutub. Oğlanların yarışında Aydın Rzayev (66 kq), Süleyman Əliyev (73 kq), İsmayıl Zamanov (90 kq) və Kənan Nəsibov (+100), qızların mübarizəsində Nərmin Əmirli (78 kq) bürünc medal qazanıb.
Avropa Kubokunda Azərbaycan millisinin 15 oğlan və 5 qız cüdoçusu çıxış edib.