Azərbaycanı təmsil edəcək 37 idmançı müəyyənləşdi - TAM SİYAHI
Noyabrın 4-də Bakıda start götürəcək Böyük Dəbilqə turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
mediasport.az xəbər verir ki, üç gün davam edəcək yarış üçün siyahıya 28 kişi və 9 qadın idmançının adı daxil edilib.
Kişilərin mübarizəsində Kəramət Hüseynov, Balabəy Ağayev, Rövşən Əliyev, Turan Bayramov (hamısı 60 kq), Orxan Səfərov, Yaşar Nəcəfov, İsmayıl İbrahimov, Kamran Süleymanov (hamısı 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov, Telman Vəliyev, Vüsal Qələndərzadə (hamısı 73 kq), Səid Mollayi, Zelim Tçkayev, Elcan Hacıyev, Ömər Rəcəbli (hamısı 81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev, Vüqar Talıbov, İbrahim Ağakişiyev (hamısı 90 kq), Zelim Kotsoyev, Elmar Qasımov, Aslan Mirzəyev, Hüseyn Dadaşov (hamısı 100 kq), Uşanqi Kokauri, Camal Qamzatxanov, Kənan Nəsibov, Toğrul Salmanov (hamısı +100 kq) tatamiyə çıxacaq.
Qadınlarda Leyla Əliyeva, Aişə Qurbanlı, Ramilə Əliyeva (hamısı 48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Aytac Qardaşxanlı, Nərgiz Hacıyeva (hər ikisi 63 kq), Südabə Ağayeva, Günel Həsənli (hər ikisi 70 kq) qüvvəsini sınayacaq.
Yarış üçün hələlik 62 ölkədən 371 idmançı qeydiyyatdan keçib.