Azərbaycan klubları "İlbirs", "Paxtakor" komandaları ilə beynəlxalq turnirdə
Gənclər və İdman Nazirliyinin dəstəyi, AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar "QOL U-15 " beynəlxalq turniri keçiriləcək.
MediaSport.az xəbər verir ki, turnirdə "Qarabağ", "Neftçi", "Sabah", "Sumqayıt", "Zirə" və “Səbail”in müvafiq yaş qrupundan ibarət klubları ilə yanaşı Qırğızıstanın "İlbirs" və Özbəkistanın "Paxtakor" komandaları iştirak edəcək. İyulun 7-də start götürəcək turnirə 15-də yekun vurulacaq. Oyunlar "ASK Arena"da və "ASCO Arena"da təşkil olunacaq.
İlk turun təqvimi:
7 iyul
“Neftçi” – “Zirə”
Saat: 09:30. ASK Arena
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə
“Paxtakor” – “Sumqayıt”
Saat: 16:30. ASK Arena
Hakimlər: Şamil İmanzadə, Asif Abdullayev, Orxan İbişov
“İlbirs” – “Səbail”
Saat: 17:00. ASCO Arena
Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Rəhman Aslanov
“Sabah” – “Qarabağ”
Saat: 20:30. ASCO Arena
Hakimlər: Mahmud Bağırzadə, Anar Bədəlov, Rasim Axundov