Azərbaycan klubu Portuqaliyadan 25 yaşlı Abbas İbrahimi transfer edir

Azərbaycan klubu Portuqaliyadan 25 yaşlı Abbas İbrahimi transfer edir

“Zirə” “Pakuş"un nigeriyalı futbolçusu Abbas İbrahimi transfer edir.

mediasport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi məxsus olduğu Portuqaliya klubunu tərk edib.

Əsasən icarələrdə oynayan Abbasın bugünlərdə "Zirə" ilə müqavilə bağlayacağı bildirilir. "Ojogo" yazır ki, razılığa əsasən, futbolçunun transfer hüququnun bir hissəsi “Pakuş"da olacaq. Bu klubun yetirməsi olan nigeriyalı "Paredes" və "Arouka" komandalarında forma geyinib. Uzun müddətdir oyun təcrübəsi olmayan afrikalı rəhbərliklə danışaraq Ferreyra təmsilçisindən ayrılıb və Azərbaycana gəlməkdə maraqlıdır.