Dünya çempionu məlumdur

Dünya çempionu məlumdur

Kanadanın 20 yaşadək xokkeyçilərdən ibarət milli komandası Dünya çempionatının qalibi olub.

mediasport.az xəbər verir ki, Kanadanın Qalifaks şəhərində keçirilən mundialın finalında meydan sahibləri Çexiya yığması ilə qarşılaşıblar. Görüş amerikalıların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Kanada millisinin heyətində Şeyn Rayt, Dilan Günter (dubl), rəqib komandadan isə İrji Kulix və Yakub Koş fərqləniblər.

ABŞ yığma komandası isə Dünya üçüncüsü adını qazanıb.