Azərbaycan milli komandaları bu il 179 medal qazanıblar

Azərbaycan milli komandaları bu il 179 medal qazanıblar

2023-cü ildə Azərbaycan boksçularının qazandığı medalların sayı açıqlanıb.

Mediasport.az xəbər verir ki, bu il müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları 179 medal qazanıblar.

Yığmalarımız bu mükafatları qatıldıqları 26 beynəlxalq yarışda əldə ediblər.

Onlardan 35-i qızıl, 37-si gümüş və 107-si bürüncdür. Nəticədə komandalarımız ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar.

Boksçularımız 179 mükafatdan 11-ni Avropa, 3-nü dünya çempionatlarında əldə edib.