Azərbaycan millisi AÇ-nin ikinci oyununda da məğlub oldu
17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
mediasport.az xəbər verir ki, ilk turda Ukraynadan olan yaşıdlarına 2:5 hesabı ilə uduzan yığma Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ çərçivəsində meydan sahibləri ilə qarşılaşıb.
Görüş bosniyalıların qələbəsi ilə başa çatıb. Millimizin heyətində Hüseyn Hüseynov qırmızı vərəqə alaraq meydandan qovulub.
Avropa çempionatı. Seçmə qrup mərhələsi. 2-ci tur
Bosniya və Herseqovina - Azərbaycan - 1:0
Qol: E.Duqiç, 16
Qırmızı vərəqə: Hüseyn Hüseynov, 87 (Azərbaycan)
Hakimlər: Eldorjan Hamiti, Xhulio Mani (Albaniya), Miguel Nogueira, Hugo Manuel Freire Marques (Portuqaliya)