Yığma komandamız Bakıda Böyük Britaniya, Kipr və Maltaya qarşı

Yığma komandamız Bakıda Böyük Britaniya, Kipr və Maltaya qarşı

Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək.

Azərbaycan Həndbol Federasiyasından mediasport.az saytına verilən məlumata görə, seçmə mərhələnin oyunları 13-15 yanvar tarixlərində Bakı İdman Sarayında keçiriləcək.

Turnirdə Azərbaycan millisi ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta kollektivləri da mübarizə aparacaqlar.

Yığma ilk oyununu yanvarın 13-də Malta seçməsinə qarşı keçirəcək. Növbəti görüş bir gün sonra Böyük Britaniya millisi ilə olacaq. Hər iki qarşılaşma saat 17:00-da başlayacaq. Azərbaycan millisi turnirdəki son matçına isə yanvarın 15-də çıxacaq. Kipr yığması ilə qarşılaşmanın başlama saatı 15:00-dır.