Azərbaycan gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

Azərbaycan gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

Azərbaycan gimnastları Polşanın Krakov şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 11-ci Vavel turnirində uğurla çıxış ediblər.

Mediasport/az xəbər verir ki, milli komandamızın üzvləri ümumilikdə 6 medal qazanıblar.

Tamblinq növü üzrə Adil Hacızadə və Aleksey Karataşov qızıl, Mixail Malkin və Xətai Hümbətov gümüş, Bilal Qurbanov bürünc mükafat əldə edib.

Batut gimnastikasında isə Fərhad Vəliyev bütün rəqiblərindən üstün olub.