5 gimnastımız dünya çempionatında iştirak edəcək

5 gimnastımız dünya çempionatında iştirak edəcək

Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya çempionatında iştirak edəcəklər.

Mediasport.az xəbər verir ki, turnirdə yığmanın 5 idmançısı mübarizə aparacaq.

Tamblinq növündə Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədov, batut gimnastikasında isə Selcan Mahsudova qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarış noyabrın 9-12-də keçiriləcək.