Azərbaycan millisi dördüncü matçında da "quru hesabla" uduzub

Azərbaycan millisi dördüncü matçında da "quru hesabla" uduzub

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün dördüncü oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Litva ilə qarşılaşıb.

İlk üç turda Latviya, Ukrayna və Estoniyaya 0:3 hesabı ilə məğlub olan millimiz növbəti dəfə "quru hesabla" uduzub - 0:3 (7:25, 14:25, 13:25).

EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əqazanacaq.