Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı davam etdirir

Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı davam etdirir

Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti məşqinə çıxıb.

Mediasport.az xəbər verir ki, hazırlıq prosesi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Komanda məşqə geniş heyətlə qatılıb, bəzi legionerlər hazırlıqda iştirak etməyiblər.

Yığma mayın 9-da Sloveniyaya toplanışa yollanacaq.

Qeyd edək ki, Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununu mayın 17-də Xorvatiyaya qarşı keçirəcək.

Mayın 18-də isə Faiq Qarayevin yetirmələri Slovakiya ilə qarşılaşacaq.

Hər iki matç Xorvatiyada keçiriləcək.