Azərbaycan millisinin daha bir üzvü "Anderlext"də çıxış edəcək - RƏSMİ
Futzal üzrə Azərbaycan milli komandasının üzvü Rafael Vilela karyerasını Belçika çempionu “Anderlext”də davam etdirəcək.
MediaSport.az xəbər verir ki, 30 yaşlı braziliyalı hücumçu ilə hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Vilela son mövsümü Rusiyanın “Tümen” komandasında keçirib.
Qeyd edək ki, “Anderlext”də Azərbaycan millisinin daha bir üzvü – Eduardo Borges də çıxış edir. Komanda mayda UEFA Çempionlar Liqasının “Dördlər finalı”nda iştirak edib. Növbəti dəfə Belçika çempionu olan “Anderlext” 2023-24-cü il mövsümündə də Çempionlar Liqasında Belçikanı təmsil edəcək.