"DÇ-2024"dəki rəqibimiz Polşa yığmamızla xallarını bərabərləşdirdi

"DÇ-2024"dəki rəqibimiz Polşa yığmamızla xallarını bərabərləşdirdi

Futzal üzrə DÇ-2024-ün əsas mərhələsində millimizin rəqibləri olan Yunanıstan və Polşa milliləri Afinada üz-üzə gəlib.

 

mediasport.az xəbər verir ki, oyun Polşa yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Turnir cədvəlinə aktivində 6 xal olan millimiz başçılıq edir. Polşa yığmasının da 6 xalı var, amma rəqib komandamızla müqayisədə bir oyun çox keçirib.

 

Millimiz gələn il martın 3-də Bakıda Yunanıstan, 4 gün sonra isə səfərdə Polşa yığması ilə qarşılaşacaq.