DÇ-2024: Yığma komandamız səfərdə Niderlanda uduzub

DÇ-2024: Yığma komandamız səfərdə Niderlanda uduzub

Futzal üzrə Azərbaycan yığma komandası bu gün DÇ-2024-ün elit-raundun qrup mərhələsində son oyununu keçirib.

Mediasport.az xəbər verir ki, A qrupunda yer alan Vitali Borisovun komandası Niderland millisinin qonağı olub.

Matç meydan sahiblərinin qələbəsilə yekunlaşıb. Beləliklə, aktivində 4 xalı olan Azərbaycan yığması qrupu sonuncu pillədə başa vuraraq pley-offa vəsiqə qazanmaq şansını itirib.


DÇ-2024. Elit mərhələ. A qrupu. 6-cı tur


21:30. Niderland – Azərbaycan 3:0

Hakimlər: Dominikas Norkus, Mantas Pomeçkis, İrmantas Kapraşovas (hamısı Litva)

Timekeeper: Joern Te Kloeze (Niderland)

Hakim-inspektor: Karel Heniç (Çexiya)

UEFA nümayəndəsi: Fabrisio Di Feliçe (İtaliya)

Almere. “Topsportsentrum Arena”.