Şeydayevin komandası Yaponiyada məğlub olub - Çempionlar Liqası

Şeydayevin komandası Yaponiyada məğlub olub - Çempionlar Liqası

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Buriram Yunayted" Asiya Çempionlar Liqasının qrup mərhələsində 2-ci oyununu keçirib.

Mediaspor.az xəbər verir ki, Tailand klubu Yaponiyada "Kofu"nun qonağı olub.

Qrupun ilk matçında Çinin "Zeyzanq" klubuna qalib gələn (4:1) Şeydayevin komandası Kofu səfərində son dəqiqə qoluna üzülüb.

Futbolçumuzun 90 dəqiqə meydanda olduğu matçda yeganə qolu meydan sahiblərindən Motoki Haseqava vurub.

"Buriram Yunayted" aktivindəki 3 xalla 3-cü pilləyə düşüb.