Ruzanna Məmmədova Serbiyada Avropa çempionu adını qazanıb
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medalı qazanıb.
Mediasport.az xəbər verir ki, 59 kq çəki dərəcəsində yarışan idmançımız bütün rəqiblərinə qalib gələrək Azərbaycan himnini səsləndirib.
Digər güləşçilərimiz - Elvina Kərimzadə (50 kq) və Nərgiz Səmədova (55 kq) isə yarışı mükafatsız başa vurublar.