Dünya çempionatı: Albaniyada ilk gündə 5 güləşçimiz yarışa başladı
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatına start verilib.
Mediasport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.
U-23 dünya çempionatı. Yunan-Roma güləşi
60 kq
Nihat Quluzadə ilk mərhələdə Yasuhito Morini (Yaponiya) 6:3 hesabı ilə məğlub edib. 1/8 finalda rəqibi amerikalı Maksvel Bleykə 9:0 qalib gələn güləşçimiz növbəti görüşdə iranlı Mohammedmehdi Jafar Qulampuru da mübarizədən kənarlaşdırıb (10:5). Nihat eyni uğuru yarımfinalda təkrarlaya bilməyib. Özbəkistanla Alişer Qaniyevə uduzan təmsilçimiz sabah bürünc medal uğrunda güləcək.
67 kq
Təsnifat mərhələsində mübarizəyə başlayan Fərid Xəlilovun Niklas Yan Olova (İsveç) qalib gəlsə də növbəti mərhələdə qırğızıstanlı Razzak Beuşekeevə uduzaraq mübarizəni dayandırıb. Onun rəqini finala yüksəldiyindən Fəridin bürünc medal şansı qalıb və təsəlliverici görüşlərə qatılacaq.
72 kq
Ruslan Nurullayev startda neytral bayraq altında çıxış edən İlya Valevskidən 8:7 hesabı ilə üstün olub. Güləşçimiz 1/8 finalda Abror Atabayevlə (Özbəkistan) bacarmayıb.
82 kq
1/8 finaldan mübarizəyə qoşulan Elmin Əliyev Polşanı təmsil edən İslam Əliyev (9:0) və çinli Kun Hunaqa (8:0) tam üstünlüklə qalib gəlib. Güləşçimiz yarımfinalda Beka Melelaşvili (ABŞ) ilə güləşəcək.
97 kq
Murad Əhmədiyev ilk qarşılaşmasında Yuriy Dorohandan (Ukrayna) 5:2 hesabı ilə üstün olub. Güləşçimizin növbəti rəqibi isveçli Botvid Kaellman olacaq.
Mundiala oktyabrın 27-də yekun vurulacaq.