Mikayıl Cabbarov: "Bu qələbələr böyük nailiyyətlərə yol açacaq"
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Serbiyada keçirilən U20 Avropa çempionatında yüksək nəticə əldə etmiş gənc idmançıları təbrik edib.
Mediasport.az xəbər verir ki, qurum rəhbəri ürək sözlərini sosial şəbəkə hesablarında paylaşıb.
“Serbiyada keçirilən U20 Avropa çempionatında gənc güləşçilərimiz uğurla çıxış ediblər.
- Sərbəst güləş üzrə millimiz 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olub.
- Yunan-Roma güləşi üzrə millimiz 1 gümüş və 3 bürünc medalla komanda hesabında 3-cü yeri tutub.
- Qadın güləşi üzrə millimiz isə 1 qızıl medal qazanıb.
Avropa çempionatında medal qazanan bütün idmançılarımızı və məşqçilərimizi təbrik edirik. İnanıram ki, bu qələbələr daha böyük nailiyyətlərə yol açacaq”.